https://globaltpcb.com/?page_id=46
Türkiyənin İstanbul şəhərində yerləşən Sistem Eğitim ve Belgelendirme Ltd. Şti. (SISBEL) 10 may 2020-ci il tarixində IPC (International Personnel Certification Association – Beynəlxalq Personal Sertifikatlaşdırma Assosiasiyası) təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir.
IPC-yə tamhüquqlu üzvlük SISBEL-ə bir çox sahələrdə yeni fəaliyyətlər həyata keçirmək imkanı vermişdir.
SISBEL-in IPC üzvü kimi həyata keçirə biləcəyi fəaliyyətlərin əsas istiqamətləri:
IPC sxemlərinə uyğun olaraq baş auditor təlimləri keçirmək;
IPC sxemlərinə uyğun olaraq baş auditor təlimləri keçirmək istəyən təşkilatları Təlim Təminatçısı (Training Provider) kimi təsdiq etmək;
IPC sxemlərinə uyğun olaraq baş auditor imtahanları keçirmək və personalın sertifikatlaşdırılmasını həyata keçirmək.
SISBEL tərəfindən əyani formada keçirilən bütün təlimlər elektron mühitdə həm onlayn (sinxron – eyni vaxtda), həm də e-təlim (asinxron – müxtəlif vaxtlarda) formatında keçirilə bilər.
SISBEL tərəfindən təsdiq edilmiş Təlim Təminatçıları və SISBEL nümayəndələri bu imkanlardan yararlana bilərlər.
Distant təlimlər
Təlimlərə çıxışı asanlaşdırmaq və daha geniş müştəri kütlələrinə çatmaq məqsədilə təlimlər elektron platformada sinxron və ya asinxron modullar şəklində keçirilməyə başlanmışdır.
Hazırda baş auditor təlimləri onlayn formatda təqdim olunur.
Baş Auditor Təlimləri
(Distant – Onlayn – Əyani)
ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 45001 Əməyin Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO/IEC 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO/IEC 27701 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO/IEC 22301 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO/IEC 20000-1 İnformasiya Texnologiyaları Xidmətlərinin İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 50001 Enerji İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 13485 Tibbi Cihazlar üçün Keyfiyyət İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 37001 Rüşvətxorluğa qarşı İdarəetmə Sistemi üzrə Baş Auditor Təlimi;
ISO 31000 Risklərin İdarə Edilməsi Sistemi üzrə Baş Auditor Təlimi.