İştirakçı profili
• ISO 50001 Enerjinin İdarə Edilməsi Sistemlərinin tətbiqlərini audit etmək istəyən rəhbərlər,
• ISO 50001 Enerjinin İdarə Edilməsi Sistemlərinin auditini həyata keçirmək istəyən daxili auditorlar,
• ISO 50001 Enerjinin İdarə Edilməsi Sistemlərini qurmaq istəyən məsləhətçilər.
Təlimin məqsədi
• ISO 50001 Enerjinin İdarə Edilməsi Sistemlərinin standartı və tətbiqləri haqqında məlumat vermək,
• Audit standartı və audit təcrübələri haqqında bilik əldə etmək,
• Birinci, ikinci və üçüncü tərəf auditorlar hazırlamaq.
Təlimin məzmunu
• ISO 50001 Enerjinin İdarə Edilməsi Sistemi standartı,
• ISO 50001 Enerjinin İdarə Edilməsi Sistemi üzrə praktiki məşğələlər,
• ISO 19011 Audit üzrə Təlimat,
• ISO 19011 üzrə praktiki məşğələlər.
Daxili Auditor Təliminin müddəti
• Təlimlər iki və ya üç gün olaraq planlaşdırıla bilər,
• Daxili audit mövzusunda əsas təlim almış şəxslər üçün təlim iki gün, əsas təlim almamış şəxslər üçün isə üç gün olaraq planlaşdırılır,
• Gündəlik təlim müddəti altı saatdır,
• Təlim əyani və ya distant formada, yaxud hər iki formatın kombinasiyası şəklində keçirilə bilər,
• Distant təlim 2–10 gün ərzində tamamlanmalıdır.
İmtahan
• İmtahan təlimin sonunda keçirilir və 70 və daha yüksək bal toplayan iştirakçılar uğurlu hesab olunur.
İştirak Sertifikatı
• Təlimin sonunda keçirilən imtahanda 70 baldan aşağı nəticə göstərən iştirakçılara təlimdə iştirak etdiklərini təsdiq edən “Təlimdə İştirak Sertifikatı” verilir.
Uğur Sertifikatı
• Təlimin sonunda keçirilən imtahanda 70 və daha yüksək bal toplayan iştirakçılara təlimi uğurla başa vurduqlarını təsdiq edən “Uğur Sertifikatı” verilir.