ISO 50001:2018 Enerji İdarəetmə Sistemi Sertifikatını necə əldə etmək olar?
• Müraciətin qəbul edilməsi və müqavilənin bağlanması (FR-SP-02 Sertifikatlaşdırma müqaviləsi);
• Auditin planlaşdırılması (PRS-11 Auditlərin planlaşdırılması proseduru);
• Auditin keçirilməsi (PRS-05 Sistem sertifikatlaşdırma proseduru);
• 2-ci mərhələ auditinin keçirilməsi (PRS-05 Sistem sertifikatlaşdırma proseduru);
• Sertifikatlaşdırma komitəsinin qərarının verilməsi;
• Sertifikatın təqdim edilməsi.
ISO 50001:2018 Enerji İdarəetmə Sistemi
ISO 50001:2018 Enerji İdarəetmə Sistemi enerji səmərəliliyinin artırılması, enerji xərclərinin və istixana qazı emissiyalarının azaldılması məqsədi daşıyır.
Öz enerji siyasətinə uyğun fəaliyyət göstərdiyinə əmin olmaq və bu uyğunluğu digər tərəflərə nümayiş etdirmək istəyən təşkilatlar, fəaliyyət sahəsindən və xüsusiyyətlərindən asılı olmayaraq bu sistemi tətbiq edə bilərlər.
ISO 50001 Enerji İdarəetmə Sistemi standartının inkişafı
İlk nəşr: EN 16001:2009
İkinci nəşr: ISO 50001:2011
1-ci reviziya: ISO 50001:2018
ISO 50001:2018 Enerji İdarəetmə Sisteminin faydaları
- Qanunvericilik və normativ tələblərə uyğunluq;
- Səmərəliliyin artırılması;
- Rentabelliyin yüksəldilməsi;
- Davamlı təkmilləşdirmə;
- İşçilərin məlumatlılığının artırılması;
- Enerji xərclərinin azaldılması;
- İstixana qazı emissiyalarının azaldılması.
Sertifikatın etibarlılıq müddəti: 3 il
Audit dövrü: Ən geci 12 ayda bir dəfə.