Ana içeriğe atla

SISBEL AZERBAIJAN

ISO 14001:2015 ƏMS Baş auditor təlimi

İştirakçı Profili

• ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemlərinin effektiv şəkildə qurulmasını və tətbiqini təmin etmək və bu sahədə məlumat əldə etmək istəyən rəhbərlər,
• ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemlərinin öz təşkilatlarında effektiv şəkildə tətbiq olunduğunu audit etmək istəyən daxili auditorlar,
• ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi qurmaq istəyən məsləhətçilər,
• Təchizatçı auditləri həyata keçirmək istəyən auditor namizədləri,
• 3-cü tərəf auditi həyata keçirmək istəyən auditor namizədləri.

Təlimin Məqsədi

• Uyğunluğun qiymətləndirilməsi və uyğunluğun qiymətləndirilməsi qurumları haqqında məlumat əldə etmək,
• İdarəetmə sistemi standartı və onun tətbiqləri haqqında məlumat əldə etmək,
• Audit standartı və audit tətbiqləri haqqında məlumat əldə etmək,
• 1-ci, 2-ci və 3-cü tərəf auditorları hazırlamaq.

Təlimin Məzmunu

• Akkreditasiya,
• Müqayisəli qiymətləndirmə (Benchmarking),
• ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi standartı,
• ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi üzrə praktiki tapşırıqlar,
• Sənədləşdirmə,
• Risklərin qiymətləndirilməsi – Ətraf mühit aspektləri və təsirlərinin təhlili,
• ISO 19011 Audit üzrə Təlimat,
• ISO 19011 üzrə praktiki tapşırıqlar,
• İmtahan.

Təlim Müddəti

• Təlim əyani və ya distant formada, yaxud hər iki formatın birgə tətbiqi ilə keçirilə bilər; hər bir halda 40 saatlıq təlim müddəti məcburidir,
• Distant təlim 5 gündən az, 20 gündən çox olmamaqla tamamlanmalıdır,
• Əyani təlim 5 gün ərzində tamamlanmalıdır. (Təlimin ardıcıl 5 gün keçirilməsi məcburi deyil. 2+3 gün, 2+2+1 gün və s. formatlarda keçirilə bilər.),
• Distant + əyani təlimlər 20 gün ərzində tamamlanmalıdır. Əyani təlim başlamazdan əvvəl distant təlim üzrə minimum 24 saat tamamlanmalıdır.

İmtahan

• Təlimin sonunda, 40 saatlıq təlim və bütün təlim materialları ilə praktiki tapşırıqlar tamamlandıqdan sonra distant və ya əyani formada keçirilə bilər,
• İştirakçıya 2 dəfə imtahan vermək hüququ verilir və bu hüquq bir il ərzində istifadə edilməlidir,
• İmtahandan keçid balı 70-dir. 70 baldan aşağı nəticə göstərən iştirakçılar ikinci imtahanda iştirak etməlidirlər.

Sertifikat

• İmtahanda 70 və daha yuxarı bal toplayan uğurlu iştirakçılara “ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi Baş Auditor Təlimi Nailiyyət Sertifikatı” təqdim edilir.
• İmtahanda 70 baldan aşağı nəticə göstərən uğursuz iştirakçılara “ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi Baş Auditor Təlimi İştirak Sertifikatı” təqdim edilir.