İştirakçı profili:
• ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sisteminin effektiv şəkildə qurulmasını və tətbiqini təmin etmək və bu sahədə bilik əldə etmək istəyən rəhbərlər,
• ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sisteminin öz təşkilatlarında effektiv şəkildə tətbiq edildiyini audit etmək istəyən daxili auditorlar,
• ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sistemini qurmaq istəyən məsləhətçilər,
• Təchizatçı auditləri həyata keçirmək istəyən auditor namizədləri,
• Üçüncü tərəf auditləri həyata keçirmək istəyən auditor namizədləri.
Təlimin məqsədi:
• Uyğunluğun qiymətləndirilməsi və uyğunluğun qiymətləndirilməsi qurumları haqqında məlumat əldə etmək,
• İdarəetmə Sistemi standartı və onun tətbiqi haqqında məlumat əldə etmək,
• Audit standartı və audit təcrübələri haqqında məlumat əldə etmək,
• Birinci, ikinci və üçüncü tərəf auditorları olmaq.
Təlimin məzmunu:
• Akkreditasiya,
• ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sistemi standartı,
• ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sistemi üzrə praktiki məşğələlər,
• Sənədləşdirmə,
• Risklərin qiymətləndirilməsi,
• ISO 19011 Audit üzrə Təlimat,
• ISO 19011 üzrə praktiki məşğələlər,
• İmtahan.
Təlim müddəti:
• Təlim əyani və ya distant formada, yaxud hər iki formatın kombinasiyası şəklində keçirilə bilər. Hər bir halda 40 saatlıq təlim müddətinin tamamlanması məcburidir,
• Distant təlim 5–20 gün ərzində tamamlanmalıdır,
• Əyani təlim 5 gün ərzində tamamlanmalıdır. (Təlimin ardıcıl 5 gün keçirilməsi məcburi deyil. 2+3 gün, 2+2+1 gün və s. formatında keçirilə bilər.),
• Distant + əyani təlimlər 20 gün ərzində tamamlanmalıdır. Əyani təlim başlamazdan əvvəl distant təlim çərçivəsində minimum 24 saat tamamlanmalıdır.
İmtahan:
• İmtahan təlimin sonunda, 40 saatlıq təlimin və bütün qeydlərin və praktiki məşğələlərin tamamlanması şərti ilə, distant və ya əyani formada keçirilə bilər,
• İştirakçının 2 imtahan vermək hüququ vardır və bu hüquq bir il ərzində istifadə edilməlidir,
• İmtahanda keçid balı 70 baldır. 70 baldan aşağı nəticə göstərən iştirakçı ikinci imtahana girməlidir.
Sertifikat:
• İmtahanda 70 və daha yüksək bal toplayan (uğur qazanan) iştirakçılara “ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sistemi Baş Auditor Təlimi üzrə Uğur Sertifikatı” təqdim edilir.
• İmtahanda 70 baldan aşağı nəticə göstərən (uğursuz olan) iştirakçılara “ISO 31000:2018 Risklərin İdarə Edilməsi Sistemi Baş Auditor Təlimi üzrə İştirak Sertifikatı” təqdim edilir.