ISO 45001:2018 Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Sisteminin məqsədi
Əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sisteminin məqsədi əməyin təhlükəsizliyi və sağlamlığı ilə bağlı risk və imkanların idarə edilməsi üçün çərçivə yaratmaqdır.
Əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sisteminin məqsədi və gözlənilən nəticələri işçilərin işlə əlaqədar xəsarət və xəstəliklərinin qarşısının alınması, təhlükəsiz və sağlam iş yerlərinin təmin edilməsidir. Bu səbəbdən təşkilatın təhlükələri və əməyin təhlükəsizliyi və sağlamlığı ilə bağlı riskləri effektiv qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirməklə aradan qaldırması son dərəcə vacibdir.
Bu tədbirlər əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sistemi vasitəsilə təşkilat tərəfindən tətbiq edildikdə, təşkilatın əməyin təhlükəsizliyi və sağlamlığı üzrə fəaliyyət göstəriciləri yaxşılaşır.
Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə fəaliyyət göstəricilərinin yaxşılaşdırılması imkanları qarşısında erkən tədbir görə bilən əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sistemi daha effektiv və səmərəli olur.
Bu sənədə uyğun əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sisteminin qurulması təşkilata əməyin təhlükəsizliyi və sağlamlığı ilə bağlı riskləri idarə etmək və bu sahədə fəaliyyət göstəricilərini yaxşılaşdırmaq imkanı verir.
Əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi sistemi təşkilata qanunvericilik və digər tələbləri yerinə yetirməkdə kömək edir.
ISO 45001:2018 Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Sistemi Sertifikatını necə əldə edə bilərəm?
• Müraciətin qəbulu və müqavilənin bağlanması (FR-SP-02 Sertifikatlaşdırma Müqaviləsi),
• Auditin planlaşdırılması (PRS-11 Audit Planlaşdırma Proseduru),
• Auditin həyata keçirilməsi (PRS-05 Sistem Sertifikatlaşdırma Proseduru),
• Sertifikatlaşdırma komitəsinin qərarı,
• Sertifikatın verilməsi.
ISO 45001:2018 Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Sistemi
- Əməyin təhlükəsizliyi və sağlamlığı (İSG) üzrə idarəetmə sistemi üçün tələbləri müəyyən edir;
- Təşkilatın işlə əlaqədar xəsarət və xəstəliklərin qarşısını alaraq təhlükəsiz və sağlam iş yerlərini təmin etməsinə kömək edir;
- Əməyin təhlükəsizliyi və sağlamlığının proaktiv şəkildə yaxşılaşdırılması üçün rəhbərlik təmin edir;
- Təşkilatın əməyin təhlükəsizliyi və sağlamlığı üzrə idarəetmə sisteminin nəzərdə tutulan nəticələrinə nail olmasına kömək edir.
ISO 45001 İSGİS – Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Sisteminin inkişafı
- BSI (British Standards Institution) tərəfindən hazırlanmışdır;
- İlk dəfə OHSAS 18001:1999 standartı kimi BSI tərəfindən nəşr edilmişdir;
- TSE tərəfindən türk dilinə uyğunlaşdırılaraq TS 18001:2001 kimi nəşr edilmişdir;
- İkinci versiyası OHSAS 18001:2007 olaraq BSI tərəfindən nəşr edilmişdir;
- TSE tərəfindən türk dilinə uyğunlaşdırılaraq TS 18001:2008 kimi nəşr edilmişdir;
- ISO 45001 standartı ISO tərəfindən 2018-ci ilin mart ayında nəşr edilmişdir;
- Könüllülük prinsipinə əsaslanan idarəetmə sistemi standartıdır.
ISO 45001:2018 Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Sisteminin faydaları
- Qanunvericilik tələblərinə uyğunluq;
- Korporativ struktur;
- İzlənəbilənlik;
- Şəffaflıq;
- İş qəzalarının azaldılması;
- Davamlı təkmilləşdirmə;
- Maarifləndirilmiş əməkdaşlar;
- Peşə xəstəliklərinin azaldılması;
- Təhlükəsiz iş mühiti;
- Geniş monitorinq.
Sertifikatın etibarlılıq müddəti: 3 il
Audit dövrü: Ən geci 12 ayda bir dəfə.