ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatını necə əldə etmək olar?
• Müraciətin qəbul edilməsi və müqavilənin bağlanması (FR-SP-02 Sertifikatlaşdırma müqaviləsi);
• Auditin planlaşdırılması (PRS-11 Auditlərin planlaşdırılması proseduru);
• Auditin keçirilməsi (PRS-05 Sistem sertifikatlaşdırma proseduru);
• Sertifikatlaşdırma komitəsinin qərarının verilməsi;
• Sertifikatın təqdim edilməsi.
ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
Qidanın son istehlakçıya təhlükəsiz şəkildə çatdırılmasını, qida təhlükəsizliyinə yönəlmiş təhlükələrin nəzarət altında saxlanılması qabiliyyətini ifadə edir.
Bu sistem qida təhlükəsizliyi idarəetmə sisteminin planlaşdırılması, tətbiqi, davam etdirilməsi və zərurət yarandıqda yenilənməsi vasitəsilə məhsulların nəzərdə tutulmuş istifadə məqsədinə uyğun olaraq istehlakçı üçün təhlükəsiz olmasını və qanunvericiliklə müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə uyğunluğunu təmin edir.
ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin inkişafı
- 1963 – Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Codex Alimentarius çərçivəsində HACCP prinsiplərinin yayımlanması;
- 1985 – ABŞ Milli Elmlər Akademiyası tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida müəssisələrində HACCP yanaşmasının tətbiq edilməsinin zəruri olduğu barədə tövsiyənin verilməsi;
- 14 iyun 1993 – HACCP-in 93/43/EEC “Qida məhsullarının gigiyenası” direktivi ilə Avropa İttifaqı ölkələrinin qanunvericiliyinə daxil edilməsi;
- 1996 – Avropada bütün qida sənayesi tərəfindən tətbiq edilməli olan qanuni tələbə çevrilməsi;
- 16 noyabr 1997 – Türk Qida Kodeksi ilə qida sənayesində HACCP tətbiqlərinin məcburi hala gətirilməsi;
- 20 fevral 1998 – Danimarkada DS 3027/1998 HACCP standartının nəşr edilməsi;
- İlk nəşr: 1 sentyabr 2005 – ISO 22000:2005;
- 1-ci reviziya: iyun 2018 – ISO 22000:2018.
ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin faydaları
- Qanunvericilik və normativ tələblərə uyğunluq;
- İstehlakçıların qida təhlükəsizliyi ilə bağlı tələblərinin qarşılanması;
- İxrac imkanlarının asanlaşdırılması;
- Məhsulların geri çağırılması riskinin azaldılması;
- İşçilərin gigiyena və qida təhlükəsizliyi sahəsində məlumatlılığının artırılması;
- Qida zəhərlənmələri və ölüm risklərinin azaldılması;
- İş mühitinin yaxşılaşdırılması;
- Müştəri etimadının və məmnuniyyətinin təmin edilməsi;
- İtkilərin azaldılması.
Sertifikatın etibarlılıq müddəti: 3 il
Audit dövrü: Ən geci 12 ayda bir dəfə