Ana içeriğe atla

SISBEL AZERBAIJAN

ISO 9001:2015 KYS Baş auditor təlimi

İştirakçı Profili

• ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemlərinin tətbiqlərini audit etmək istəyən rəhbərlər,
• ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemlərinin auditini həyata keçirmək istəyən daxili auditorlar,
• ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemlərini qurmaq istəyən məsləhətçilər.

Təlimin Məqsədi

• ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri standartı və onun tətbiqləri haqqında məlumat vermək,
• Audit standartı və audit tətbiqləri haqqında məlumat əldə etmək,
• 1-ci, 2-ci və 3-cü tərəf auditorları hazırlamaq.

Təlimin Məzmunu

• ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi standartı,
• ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə praktiki tapşırıqlar,
• ISO 19011 Audit üzrə Təlimat,
• ISO 19011 üzrə praktiki tapşırıqlar.

Daxili Auditor Təliminin Müddəti

• Təlimlər iki və ya üç gün müddətinə planlaşdırıla bilər,
• Daxili audit üzrə əsas təlim keçmiş şəxslər üçün təlim iki gün, belə təlim keçməmiş şəxslər üçün isə üç gün olaraq planlaşdırılır,
• Gündəlik təlim müddəti altı saatdır,
• Təlim əyani və ya distant formada, yaxud hər iki formatın birgə tətbiqi ilə keçirilə bilər,
• Distant təlim 2 gündən az, 10 gündən çox olmamaqla tamamlanmalıdır.

İmtahan

• Təlimin sonunda keçirilir. 70 və daha yuxarı bal toplayan iştirakçılar uğurlu hesab edilir.

İştirak Sertifikatı

• Təlimin sonunda keçirilən imtahanda 70 baldan aşağı nəticə göstərən iştirakçılara təlimdə iştirak etdiyini təsdiq edən “Təlim İştirak Sertifikatı” təqdim edilir.

Nailiyyət Sertifikatı

• Təlimin sonunda keçirilən imtahanda 70 və daha yuxarı bal toplayan iştirakçılara təlimi uğurla tamamladığını təsdiq edən “Nailiyyət Sertifikatı” təqdim edilir.