Ana içeriğe atla

SISBEL AZERBAIJAN

ISO 45001:2018 ƏMTS Baş auditor təlimi

İştirakçı Profili

• ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemlərinin effektiv şəkildə qurulması və tətbiqi barədə məlumat əldə etmək istəyən rəhbərlər,
• ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemlərinin öz təşkilatlarında effektiv şəkildə auditini həyata keçirmək istəyən daxili auditorlar,
• ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi qurmaq istəyən məsləhətçilər,
• Təchizatçı auditləri həyata keçirmək istəyən auditor namizədləri,
• 3-cü tərəf auditi həyata keçirmək istəyən auditor namizədləri,
• Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemlərində 1-ci, 2-ci və ya 3-cü tərəf auditi həyata keçirmək istəyən əməyin mühafizəsi və təhlükəsizliyi üzrə mütəxəssisləri,
• Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemlərində 1-ci, 2-ci və ya 3-cü tərəf auditi həyata keçirmək istəyən iş yeri həkimləri,
• Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemlərində 1-ci, 2-ci və ya 3-cü tərəf auditi həyata keçirmək istəyən digər səhiyyə personalı.

Təlimin Məqsədi

• Uyğunluğun qiymətləndirilməsi və uyğunluğun qiymətləndirilməsi qurumları haqqında məlumat əldə etmək,
• ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi standartı və onun tətbiqləri haqqında məlumat əldə etmək,
• Audit standartı və audit tətbiqləri haqqında məlumat əldə etmək,
• 1-ci, 2-ci və 3-cü tərəf auditoru olmaq.

Təlimin Məzmunu

• Akkreditasiya,
• ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi standartı,
• ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə praktiki tapşırıqlar,
• Sənədləşdirmə,
• Risklərin qiymətləndirilməsi,
• ISO 19011 Audit üzrə Təlimat,
• ISO 19011 üzrə praktiki tapşırıqlar,
• İmtahan.

Təlim Müddəti

• Təlim əyani və ya distant formada, yaxud hər iki formatın birgə tətbiqi ilə keçirilə bilər; hər bir halda 40 saatlıq təlim müddəti məcburidir,
• Distant təlim 5 gündən az, 20 gündən çox olmamaqla tamamlanmalıdır,
• Əyani təlim 5 gün ərzində tamamlanmalıdır. (Təlimin ardıcıl 5 gün keçirilməsi məcburi deyil. 2+3 gün, 2+2+1 gün və s. formatlarda keçirilə bilər.),
• Distant + əyani təlimlər 20 gün ərzində tamamlanmalıdır. Əyani təlim başlamazdan əvvəl distant təlim üzrə minimum 24 saat tamamlanmalıdır.

İmtahan

• Təlimin sonunda, 40 saatlıq təlim və bütün təlim materialları ilə praktiki tapşırıqlar tamamlandıqdan sonra distant və ya əyani formada keçirilə bilər,
• İştirakçıya 2 dəfə imtahan vermək hüququ verilir və bu hüquq bir il ərzində istifadə edilməlidir,
• İmtahandan keçid balı 70-dir. 70 baldan aşağı nəticə göstərən iştirakçılar ikinci imtahanda iştirak etməlidirlər.

Sertifikat

• İmtahanda 70 və daha yuxarı bal toplayan uğurlu iştirakçılara “ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi Baş Auditor Təlimi Nailiyyət Sertifikatı” təqdim edilir.
• İmtahanda 70 baldan aşağı nəticə göstərən uğursuz iştirakçılara “ISO 45001:2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi Baş Auditor Təlimi İştirak Sertifikatı” təqdim edilir.