1. Baş Auditor Təlim Proqramı:
(International Personel Certification Assocation) IPC SC-11-02 Specification on Training Issue (IPC Təlim Şərtnaməsi)
2. Təlim metodu:
Təlimlər əyani, onlayn (sinxron), hibrid və distant asinxron (sinxron olmayan) formada həyata keçiriləcəkdir.
auditortraining.net
3. İştirakçı profili:
– ISO/IEC 27701:2019 Şəxsi Məlumatların Təhlükəsizliyi İdarəetmə Sisteminin öz təşkilatlarında effektiv şəkildə tətbiq edildiyini audit etmək istəyən daxili auditorlar,
– ISO/IEC 27701:2019 Şəxsi Məlumatların Təhlükəsizliyi İdarəetmə Sisteminin effektiv şəkildə qurulmasını, tətbiq edilməsini və audit olunmasını təmin etmək istəyən rəhbərlər,
– ISO/IEC 27701:2019 Şəxsi Məlumatların Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiq edildiyi təşkilatlarda sistemin icraçısı olmaq istəyən rəhbərlər,
– Peşəkar məsləhətçilik fəaliyyəti göstərmək istəyən məsləhətçilər,
– Təchizatçı auditləri həyata keçirmək istəyən ikinci tərəf auditor namizədləri,
– Sertifikatlaşdırma auditləri (üçüncü tərəf auditi) həyata keçirmək istəyən auditor namizədləri.
4. Təlimin məqsədi:
– Sertifikatlaşdırma prosesləri və akkreditasiya haqqında məlumat əldə etmək,
– ISO/IEC 27701:2019 Şəxsi Məlumatların Təhlükəsizliyi İdarəetmə Sistemi standartı və onun tətbiqi haqqında məlumat əldə etmək,
– ISO 19011:2018 Auditlərin idarə edilməsi standartı və onun tətbiqi haqqında məlumat əldə etmək,
– ISO 17021 seriyalı akkreditasiya standartları və təlimatları haqqında məlumat əldə etmək,
– Auditorun şəxsi keyfiyyətləri və audit prinsipləri haqqında məlumat əldə etmək,
– Auditlərin planlaşdırılması, həyata keçirilməsi və hesabatlandırılması haqqında məlumat əldə etmək,
– Uyğunsuzluqların və uyğunsuzluqların səviyyələrinin müəyyən edilməsini öyrənmək,
– Birinci, ikinci və üçüncü tərəf auditorları hazırlamaq.
5. Təlimin məzmunu:
– Akkreditasiya,
– Terminologiya,
– ISO/IEC 27701:2019 Şəxsi Məlumatların Təhlükəsizliyi İdarəetmə Sistemi standartı,
– ISO/IEC 27701:2019 Şəxsi Məlumatların Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə praktiki məşğələlər və nümunə hallar (case study),
– Sənədləşdirmə,
– Risklərin qiymətləndirilməsi,
– ISO 19011 Auditlərin idarə edilməsi standartı,
– ISO 19011 üzrə praktiki məşğələlər və nümunə hallar,
– Auditlərin planlaşdırılması,
– Audit qrupunun seçilməsi,
– Açılış, auditor və yekun görüşlər,
– Nümunə götürmə, sübutların toplanması və təsdiqlənməsi,
– Audit qeydləri,
– Uyğunsuzluqların və onların səviyyələrinin müəyyən edilməsi,
– Audit hesabatlarının hazırlanması,
– İmtahan.
6. Təlim müddəti:
– Əyani təlim 5 gün ərzində tamamlanmalıdır. (Təlimin ardıcıl 5 gün keçirilməsi məcburi deyil. 2+3 gün, 2+2+1 gün və s. formatında keçirilə bilər.)
– Distant və hibrid təlimlər 20 gün ərzində tamamlanmalıdır.
7. Təlim iştirakçılarının sayı:
– Əyani və onlayn (sinxron – eyni vaxtda) təlimlər minimum 4, maksimum 25 iştirakçı ilə keçirilə bilər.
– Distant (asinxron – eyni vaxtda olmayan) təlimlər fərdi qaydada həyata keçirilə bilər və iştirakçı sayına məhdudiyyət yoxdur (1 nəfər də, 10 nəfər də ola bilər).
8. İmtahan:
– İştirakçıların iki imtahan vermək hüququ vardır: biri təlimin sonunda, digəri isə təlimin tamamlandığı tarixdən etibarən bir il ərzində.
– İmtahanda keçid balı 100 bal üzərindən 70 və daha yüksəkdir. 70 baldan aşağı nəticə göstərən iştirakçının ikinci dəfə imtahan vermək hüququ vardır.
9. Sertifikat:
– İmtahanda uğur qazanan iştirakçılara “Baş Auditor Təlimi üzrə Uğur Sertifikatı”, uğursuz olan iştirakçılara isə “Baş Auditor Təlimi üzrə İştirak Sertifikatı” təqdim ediləcəkdir.
– Təlim sertifikatının etibarlılıq müddəti yoxdur.