İştirakçı profili
• ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemlərinin tətbiqini audit etmək istəyən rəhbərlər,
• ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemlərinin auditini həyata keçirmək istəyən daxili auditorlar,
• ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemlərini qurmaq istəyən məsləhətçilər.
Təlimin məqsədi
• ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sisteminin standartı və tətbiqi haqqında məlumat vermək,
• Audit standartı və audit təcrübələri haqqında məlumat əldə etmək,
• Birinci, ikinci və üçüncü tərəf auditorları hazırlamaq.
Təlimin məzmunu
• ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemi standartı,
• ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemi üzrə praktiki məşğələlər,
• ISO 19011 Audit üzrə Təlimat,
• ISO 19011 üzrə praktiki məşğələlər.
Daxili Auditor Təliminin müddəti
• Təlimlər iki və ya üç gün müddətində planlaşdırıla bilər,
• Daxili audit üzrə əsas təlim keçmiş şəxslər üçün təlim müddəti iki gün, bu sahədə əsas təlim keçməmiş şəxslər üçün isə üç gün olaraq planlaşdırılır,
• Gündəlik təlim müddəti 6 saatdır,
• Təlim əyani və ya distant formada, yaxud hər iki formatın kombinasiyası şəklində keçirilə bilər,
• Distant təlim 2–10 gün ərzində tamamlanmalıdır.
İmtahan
• İmtahan təlimin sonunda keçirilir. 70 və daha yüksək bal toplayan iştirakçılar uğurlu hesab olunur.
İştirak Sertifikatı
• Təlimin sonunda keçirilən imtahanda 70 baldan aşağı nəticə göstərən iştirakçılara təlimdə iştirak etdiyini təsdiq edən “Təlimdə İştirak Sertifikatı” təqdim edilir.
Uğur Sertifikatı
• Təlimin sonunda keçirilən imtahanda 70 və daha yüksək bal toplayan iştirakçılara təlimi uğurla başa vurduğunu təsdiq edən “Uğur Sertifikatı” təqdim edilir.